UEFA "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan "Marsel"i cərimələyib. Sport24.az xəbır verir k, buna Marsel şəhərinin eyniadlı təmsilçisinin azarkeşlərinin evdə Moskva "Lokomotiv"inə (1:0) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundakı hərəkəti səbəb olub.

Belə ki, klub fanatların priotexniki vasitələrdən istifadə etməsi səbəbindən 17 500 avro məbləğində cərimə edilib.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.