UEFA Konfrans Liqasının "İnstagram" rəsmi səhifəsi qrup mərhələsində çıxış edən "Qarabağ"ın şəklini paylaşaraq sorğu keçirib. Sport24.az xəbər verir ki, futbolsevərlərə "Qarabağ"ın ən istedadlı oyunçusu kimdir? sualı ünvanlanıb.

Şəkildə "Bazel"lə Bakı Olimpiya Stadionunda "Bazel"lə matçın start heyətinin fotosu yer alıb ki, orda qapıçı Şahrudddin Məhəmmdəliyev, müdafiəçilər Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Toral Bayramov, yarımmüdafiəçilər Qara Qarayev, Kadi Borqes, Patrik Andrade, Xayme Romero və hücumçu İbrahima Vadji olub. 

Xatırladaq ki, "Qarabağ" Bazel"lə qolsuz bərabərliklə nəticələnən həmin matçda çox baxımlı, qələbəyə layiq oyunla yadda qalıb.