AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilir. Sport24.az xəbər verir ki, UEFA-dan təyin olunan qonaq Dani Rizer tərəfindən təşkil edilən kursda liderlik və məşq fəlsəfəsi mövzusunda müzakirələr aparılıb.
Dani Rizerlə yanaşı, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun rəhbərliyi ilə təşkil olunan kursa avqustun 28-də yekun vurulacaq.