U-21 yığmasının sabiq üzvü Barış Ekincier Türkiyədə klubunu dəyişib. Sport24.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Şanlıurfaspor"dan ayrılıb.

 

O, Türkiyə birinci liqasında yarışan "Ümraniyespor"la anlaşıb.

 

Qeyd edək ki, Ekincier 2023/2024 mövsümündə Türkiyə Birinci Liqasında 29 matçda meydana çıxıb və 4 qol vurub.