19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, yığma meydan sahibləri ilə qarşılaşıb.

 

Tiraspol şəhərindəki "Şerif" stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.

 

Komandamız 4 xalla 2-ci yeri tutub. Turnirin qalibi 9 xal toplayan Türkiyə yığması olub.

 

Qeyd edək ki, U-19 turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub - 0:5.