Türkiyə mətbuatı milli komandamızın futbolçusu Namiq Ələsgərovun "Bursaspor"dakı çıxışını analiz edib.
Sport24.az xəbər verir ki, türkiyəli həmkarlarımız cinah yarımmüdafiəçimizin daha da yaxşı performans göstərdiyini yazıb: "26 yaşlı futbolçunun performansı günü-gündən daha da yaxşılaşır. Meydanda nə qədər çox olsa, bir o qədər komandaya çox fayda verir. Onun səfərdəki performansı heyranedicidi. Namiq səfər matçlarında daha çox qol vurur, ev görüşlərində isə assistlər edir. Ələsgərov Türkiyə 1-ci diviizonunda 11 oyun keçirib. O, bu görüşlərdə 3 qol, 4 assistlə oynayıb".