Türkiyənin "Konyaspor" klubu "Zirə"də çıxış edən Salifu Suma ilə maraqlanmalarına münasibət bildirib. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin futbol şöbəsinin müdiri Yusuf Küçükbakırcı yerli mətbuata açıqlama verib:

"Salifu Suma ilə ciddi maraqlanırdıq. Lakin o, Rusiya və Ukraynaya üstünlük verdi. Çünki klubu oradan daha yüksək təkliflər alıb".

Qeyd edək ki, Salifu Sumanın Ukraynanın "Dinamo" (Kiyev) klubuna keçəcəyi gözlənilir.