"Turan Tovuz"un Msili Premyer Liqasının son turunda "Sabah"la ev matçında zədələnən Tərlan Əhmədlinin xidmətindən uzun müddət məhrum olacaq. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov əsas qapıçısının keçdiyi tibbi müayinənin nəticələrini açıqlayıb: "Tərlanda 2-ci dərəcəli əzələ dartınması var. Bu isə o deməkdi ki, azı 3-4 həftə müalicə olunacaq. Bundan sonra gedişata baxıb oynaması ilə bağlı qərar verəcəyikk. Tərlanı yalnız mövsümün sonunda yaşıl meydanda görə biləcəyik".

Xatırladaq ki. 29 yaşlı Əhmədli Tovuzdakı matçın 50-ci dəqiqəsində əvəzlənib. 

 

 

MEHMAN SÜLEYMANOV