"Belə matçdan sonra danışmaq çətindi. Uğurlu çıxışımızı davam etdirmək istəyirdik. Oyuna pis başlamadıq. Qollar vura bilərdik, "çərçivə"yə düşmədik. Nəticədə 2 yersiz qollar buraxdıq. Bundan sonra hesabı dəyişmək üçün çox çalışsaq da, fürsətləri boşa verdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Aydın Bayramov deyib.

 

Dünən Premyer Liqanın XXXI turu çərçivəsində baş tutan "Turan Tovuz" – "Sumqayıt" matçı qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb. Oyunla bağlı fikirlərini bölüşən "boz qurdlar"ın qolkiperi buraxılan qollarda səhvinin olduğunu da etiraf edib:


"Son 2 qolda səhvimin olduğunu düşünürəm. Həmin topları çıxara bilərdim. Çıxışıma gəlincə, bu barədə nəsə deməyim düz çıxmaq. Sərgilədiyim oyunla bağlı məşqçilərimizin fikirini öyrənsəz daha yaxşı olar".

 

Qeyd edək ki, dünənki qələbədən sonra xallarının sayını 47-yə çatdıran "Sumqayıt" 2-ci pilləyə yüksəlib. "Turan tovuz" isə 42 xalla 6-cıdı.  

ABDULLA İSMAYILOĞLU