Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, "boz qurdlar" hazırlıq dönəmində 2 görüş keçiriəcəklər.

 

Tovuz təmsilçisi yanvarın10-da Rumıniya "Hermanştadt"ı ilə qarşılaşacaq. Yanvarın 17-də isə Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Polşa "Poqon"ı ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, Tovuz klubunun hazırlıq prosesi yanvarın 18-də yekunlaşacaq.