Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Komanda 27 iyul tarixində Türkiyə təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşacaq.

 

"Turan Tovuz" bir neçə gün əvvəl İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.