Premyer Liqaya yüksələn "İmişli" mövsümün ilk turunda Şamaxı şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. Sport24 az xəbər verir ki, Aran bölgəsi təmsilçisinin müdafiəçisi Ronaldo Rodriges de Souza matçdan əvvəl klubun mətbuat xidmətinə açıqlama verib.

 

Braziliyalı futbolçu onları gərgin oyunun gözlədiyini bildirib:

 

"Turan Tovuz"la gərgin oyun olacaq. Amma yaxşı çıxış etmək və müsbət nəticə əldə etmək üçün hər gün məşq edirik. Mən komandamıza inanıram və ümid edirəm ki, rəqabətə yaxşı start vermək üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, "İmişli" - "Turan Tovuz" qarşılaşması 16 avqust tarixində saat 17:00-da start götürəcək.