"Karvan-Yevlax" növbəti transferini həyata keçirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Qabil Əlizadəni rənglərinə bağlayıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Qabil Əlizadə son olaraq "Sumqayıt" klubunun formasını geyinib.