"Turan Tovuz" təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Sport24.az xəbər verir ki, hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsindəki "Çam Otel"də məskunlaşacaq komanda iyulun 19-dək məşqlərini burada davam etdirəcək.
Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda baş tutacaq.