“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.

27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildir.

Tellur karyerası ərzində “Qəbələ” (2016-2018), “Zirə” (2015/16, 2017-2020) və “Sumqayıt” (2020-2022) klublarında çıxış edib.