"Sumqayıt"ın vitse-prezidenti Vaqif Ömərov vəfat edib. Klubdan Sport24.az-a verilən məlumata görə, funksioner 69 yaşında vəfat edib.

Klubun baş sponsoru olan "Azərikimya" İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri də olan Ömərovun uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib. O da qeyd olunub ki, klub rəsmisi sonuncu dəfə fevralın 13-də "Sumqayıt"ın "Səbail"ə 3:0 hesabı ilə qalib gəldiyi ev oyununu canlı izləyib.

Allah rəhmət eləsin!