Ayxan Abbasov “Sumqayıt”dan ayrıldıqdan sonra dərhal axtarışına çıxmağa zərurət duymadıq. Çünki bu ayrılıqdan sonra isti-isti veriləcək müsahibə tam səmimi alına bilməzdi. Yetərincə fasilə verdikdən sonra isə... Bu, Sport24.az, bu da Abbasov, buyurun oxuyun.

- İsti-isti fikirlər bir az fərqli olur, ona görə bir müddət özümüz pauza götürdük. İndiki məqamda necə,​ soyuq başla təhlil etmisiniz situasiyanı - "Sumqayıt" karyeranızı necə qiymətləndirisiniz? Ağ səhifələri necə səciyyələndirərdiniz? Hər halda, bütün səhifələr ağ olmadı. Tünd səhifələri nəylə əlaqələndirərdiniz? Qlobal analiz etdinizmi özünüz üçün?

- Əlbəttə, analiz həmişə lazımdı. Biri var işləyə-işləyə, çalışa-çalışa həftəlik,​ aylıq oyunun analizi, biri də var ki, bir yerdən çıxandan sonra orda olan hər şeyi analiz edirsən. Bu, fərqli olur. Yəni, o qədər məsuliyyət içərisində deyilsən, rahat başla olan-keçənləri analiz edirsən. Öncə onu deyərdim ki, "Sumqayıt" karyeram haqda danışsam, məni sevindirən burda​ ilklərə​ imza atmağımızdı. Çünki ilklər heç vaxt unudulmur. Həmişə "Sumqayıt"ın tarixində bu anlar unudulmayacaq. İstəsələr də, istəməsələr də bizi​ yad edəcəklər (gülür). Bu, məni sevindirir. Məni sevindirən​ odur ki - bunu mənimlə işləyənlər bilir - komandanın,​ klubun inkişafı üçün əlimdən nə gəldi, onu elədim. Klubun daha da böyüməsi üçün təkliflərim var idi, onları yavaş-yavaş həyata keçirirdik. Bu gün etiraf eləmək lazımdı ki, həqiqətən yaxşı mənada çox şey dəyişilmişdi. Bəzi şeylər​ bizdən asılı olmayan səbəblərə görə olduğundan, istədiklərimizi edə bilmirdik. Amma yenə ilk gəldiyim gündən tam fərqli "Sumqayıt" idi. Ona görə bu komandayla medal qazanmaq böyük uğurdu. Təəssüf edirəm ki,​ Azərbaycan Kubokunun finalının hər ikisində uduzduq. Bir Kubok qazanmaq daha böyük uğur olardı. Bilirsiniz ki,​ bu il Azərbaycan klublarını Avroliqaya buraxmadılar, Konfrans Liqasına yolladılar. Amma bunadək Avroliqada da çıxış elədik. Panmdemiya, çətin dövr idi. Bundan sonra Konfrans Liqasında çıxış​ elədik. Təəssüf elədiyim​ budu ki, bəlkə bir az da daha güclənə bilsəydik, daha yaxşı ola bilsəydik, orda bir mərhələ keçmək olardı. Bu da klubun bir tarixinə çevrilə bilərdi. Təəssüfləndiyim bu hissələrdi. Üç mövsümün hamısında çox böyük oyunlar oldu. Əlbəttə,​ bu gün kiməsə asan​ gələ bilər, amma "Neftçi"ylə kubok duellərindən qalib ayrılmaq -​ özü də ard-ardı iki mövsün - "Zirə"ni yarımfinalda​ keçmək böyük uğurdu. Özü də "Zirə"nin həmin il heyəti də çox güclü idi və gerçək​ demək lazımdı ki, futbol mütəxəssisləri olsun, media olsun,​ "Sumqayıt"a​ çox az şans verirdi. Ancaq finala çıxa bildik. Finalda "Qəbələ"yə uduzduq, bu həmin vaxt bizi üzdü. Bundan sonrakı​ mövsümdə çemponatımız yarımçıq dayansa da, startdan həmin vaxtadək komanda 4-cü yeri əlindən buraxmadı. Və rəqiblərimizə baxsaq, çoxları bizdən üstün idi - həm maddi cəhətdən, həm heyət baxımından. Amma həmin mövsümdə mövqeyimizi​ qoruya bildik. Bundan sonrakı il sonadək​ mübarzə getdi, medal qazandıq. "Qarabağ" kimi komandanı yarımfinalda keçmək gördüyümüz işin nəticəsi​ idi. Bunlar "Sumqayıt"da yaşadığım yaxşı anlardı. Komanda hər dəfə uda da bilmir, uduzduğu anlar oldu. Zədələr də oldu, amma əsas odur ki,​ nə olursa-olsun, kollektiv bir ailə idi. Futbolçularımız​ inkişaf elədi, bir​ çoxları​ milli komandaya vəsiqə qazandı. Halbuki, digər klublarımızda​ çıxış edəndə​ təklif almırdılar. Amma "Sumqayıt"da mütəmadi​ oynadılar və oyunlarında da fərq eləyirdi. Bu gün bəlkə kimsə nəsə deyə bilər, amma biz məşqçilər analiz edirdik​ ki, futbolçular "Sumqayıt"a gələndə necə​ idi, burda vaxt keçəndən sonra necə​ oldular. Belə deyək ki, yaxşı xatirələr çoxdu və "Sumqayıt"​ qəlbimizdədi. Azarkeşlər bizi həmişə​ dəstəkləyirdi ki,​ bu məni​ sevindirir. Komanda hətta uduzanda belə, sadiq azarkeşlər bizi yaxşı mənada dəstəkləyirdilər.​ Yəni belə ruh var idi və buna görə sevinirəm.

- Bütün mətbuat konfranslarınızda - söhbət məğlubiyyətlərdən sonrakılardan gedir - Ayxan Abbasov hər zaman​ sinəsini qabağa verirdi ki, futbolçular çalışdılar, problemlər vardı. Bir sözlə,​ hər şey olurdu, yalnız futbolçular günahkar deyildi. Bu, baş məşqçi postunda​ olanda olurdu. Bəs indi necə, deyə bilərsiniz ki, futbolçularda nə dərəcədə günah var idi? Aydın məsələdi ki, futbolçularda günah olmaması mümkün deyil. Hər halda, faiz etibarilə təxminən nə qədər günah var idi futbolçularda?

- Yox,​ bir komanda​ uğurlu çıxış edirsə, deməli, bu nəticədə​ hamının əməyi var, Komanda uğursuz olursa, deməli, burda hamının da günahı var. Amma yenə də həmişə futbolçuların tərəfində olmuşam, onları qorumuşam​ - işlədim-işləmədim, bunun fərqi yoxdu,​ bu,​ elə olacaq. Amma​ özlüyümüzdə​ komanda daxilində​ həmişə bunu analiz eləmişik, futbolçularımıza çatdırmışıq. Çünki bu, onların​ inkişafı üçün vacibdi. Futbolçu zəif çıxış edəndə, gəlib​ onu kimsə tərifləyirsə, deməli, onun xeyrinə yox,​ ziyanına danışan adam olur. Bunu həmişə futbolçulara​ deyirdim, çünki futbolçular səhvlərini görməlidirlər, bunu onlara kimsə deməlidi. O futbolçulardı ki,​ onlarla yuxarıda sadaladığım nəticələri bərabər qazanmışıq. Bunu nə rəhbərlik, nə də məşqçi tək qazanıb. Futbolçularla bir yerdə əl-ələ vermişik, buna nail olmuşuq. Əlbəttə, uğursuzluq, uğursuz oyunlar olanda, komanda uduzanda bilavasitə baş​ məşqçi cavabdehdi. Futbolçular​ da bilirdilər​ ki, bir çoxları istədiyim formada olmadılar,​ bir az zədələr, formadan aşağı düşmək oldu. Elə komanda idik ki,​ geniş heyətimiz yox idi. hansısa bir futbolçunun zədələnməyi, zəif çıxış etməyi bizim komandaya​ təsir göstərirdi. Kimsə gələcəyi üçün inkişaf eləmək istəyirsə, özünü analiz edir və əlbəttə,​ inkişaf eləmək, böyümək üçün o səhvləri dərk edirlər.​

- Cari mövsümün ilk yarısı arxada qaldı və aydın məsələdi ki, nəticələr qənaətbəxş sayıla bilməz​ və bu, qəbul olunub. Amma məni fərqli məqam maraqlandırır​ - Ayxan Abbasov klub prezidenti olsaydı, Ayxan Abbasov baş məşqçi ilə yollarını ayırardımı?

- Bu gün ona sevinirəm ki, "Sumqayıt" iddialılardan sayılmayanda, bunu uğursuzluq sayırlar. Bunu da qazanan bizik, bunu​ azarkeşlərə öyrəşdirən, alışdıran​ bu komandadı, futbolçulardı. "Sumqayıt"a gəldiyimdə Avroliqaya​ gedən komanda deyildi.​ Yəni, hər il yuxarıda​ olan komanda olmayıb. Bunu da bizim dövrdə qazandıq. Ard-arda Kubokun finalına çxımaq,​ 4-cü, 3-cü yer - bunları da biz qazanmışıq. Elə bir iddialı​ kluba getməmişdim ki, bir il avrokuboklara düşməsək, orda faciə olmalı idi. Bəlkə də digər komandalarımızda ola bilər, hansılar ki​ 6-7, 10 milyon büdcə xərcləyirlər, çempionluğa oynayırlar, çox sayda legioner gətirirlər. Əlbəttə, orda məşqçilərə başqa​ tələb ola bilər. Amma bizdə bunu məndən tələb edə​ bilməzdilər. Bu gün büdcənin artmasının səbəbi də Avroliqadan gələn pullardı. Getdiyim​ vaxtdan sponsorlar nə pullar ayırırlar​ o pullardı,​ bildiyim​ budu. Deyə bilmərəm başqa nəsə var, bunu bilmirəm. Kiminsə haqqına girmirəm, amma bildiyim odur ki, klubun büdcəsindəki artım avrokuboklarda gələn vəsait hesabına baş tutub. Avroliqadan gələn pullarla inkişaf eləmişik - həm akademiyaya​ bu pullardan xərclənib,​ həm də digər sahələrə. Yəni, kluba pul qazandırmışıq, klub gəlir əldə edib. Avroliqada oynayan digər klublardan üstünlüyümüz​ bu idi. Ona görə​ bugünkü nəticəmiz hansısa faciəvi nəticə deyil. Komandanın Kubokda şansı qalıb. Kimsə deyə bilər ki,​ bu turnirdə rəqiblər "Qəbələ",​ "Qarabağ"dı. Amma unutmayaq ki, keçən illərdə​ "Neftçi"ni, "Zirə"ni keçmişik. Eyni şey "Səbail" və​ sonra həmin "Qarabağ"la olub. Eyni​ durumda eyni nəticəni əldə eləmək olar - komanda eyni komandadı. Digər tərəfdən, əlbəttə, son oyunlarda​ məğlubiyyəti istəməzdik. Keçən mövsüm də qış fasiləsinə​ gedəndə, 4-cü pillədə bitirdik, amma 3-cü yerlə aramızda​ 7-8 xal fərq​ var idi. Yəni, heç kim inanmırdı​ ki,​ 3-cü yeri tutacağıq. Hətta mütəxəssislər,​ media deyirdi ki, "Sumqayıt"ın 4-cü yeri tutması çox çətin olacaq. O fikirlər​ komandaya baxıb söylənilmişdi. biz isə artıqlaması ilə eləmişdik. İndisə elə bir faciə yox idi ki, nəsə​ dəyişilsin. Həmişə demişəm ki,​ prezident Riad Rəfiyev nə vaxt desəydi​ səninlə çalışmaq istəmirəm, artıq sual da verməyəcəm, araşdırmayacam. Çünki bir yerdə ki səni istəmirlər,​ orda işini qurtarmaq lazımdı. Yəni, bu fikirdəyəm. Açıq deyirəm, bu soyuqluğu son aylar hiss edirdim. Ona görə normal şəkildə getdim.​ O kluba​ ilklər qazandırdım,​ o klubda Ayxanı unutmaq üçün çox əziyyət çəkmək lazımdı. Çox nəticələr​ əldə eləmək lazımdı ki,​ Ayxanı unutdursunlar - buna sevinirəm. Klub prezidenti olsaydım, bəlkə tam başqa cür edərdim. Amma​ onu bu gün müzakirə eləmək istəmirəm. Qərar verdilər, bəlkə bu günün deyil, bəlkə gələcəkdə klubda hansısa dəyişiklik olacaq, o​ planda​ mən yoxam, mane ola bilərəm​ bəzi​ şeylərə. İş siyasətimlə​ bunların siyasətində fərqlər​ ola bilər. Bir sözlə, çox şey var​ və deməyim düz deyil. Çıxıb onlar açıqlama vermədilər ki, nəyə görə Ayxanla müqaviləyə xitam verdilər. Ən əsas ona sevinərdim​ - nəticəmə görə, yoxsa yeni gətirilən​ baş məşqçinin qarşısına Avroliqa vəzifəsi qoyublar. Bunu deməyim​ düz çıxmır, əsas odur ki, xoş xatirələrlə ayrımışam və bu, mənə bəs edir.

- Bir ildən çox olar ki,​ Aleksey Baqanın "Neftçi"nin baş məşqçi postuna gətiriləcəyi barədə iddia ortaya atlımışdı. Doğrudu, sonradan məlum oldu ki, bunu bəlli menecerlər edir ki, bəlkə gətirə bildik. Söhbət yerli, azərbaycanlı menecerlərdən​ gedir. Ok, maraqlısı​ budu ki, Ayxan Abbasov PRO təhsilini Baqa ilə bir yerdə alıb. Belaruslu həmkarınız haqda fikirləriniz maraqlıdı. Bildiyimiz qədər BATE-nin baş məşqçisi kimi​ "Qarabağ"la Bakıda oynayanda, onunla paytaxtımızda görüşmüsünüz. Xatirləriniz​ necədi? Təsadüfən​ özünüz​ məsləhət görməsiniz​ ki, mən getsəm, onu gətirin yerimə?

- Əlbəttə, Baqa ilə bir yerdə təhsil almışıq, birgə səfərlərimiz olub. Bilirsiniz, o vaxt Fransaya,​ İsveçrəyə birgə yollanmışıq. Bakıya da gəlmişdi​ "Qarabağ"la oyuna, onda görüşmüşdük normal. Bəli, adı "Neftçi"ylə hallanmışdı, ancaq elə bir təklifi yox​ idi. Düz qeyd edirsiniz​ ki,​ hansısa bir menecer onu burda reklam edirdi. Yəqin ki, həmin menecer​ də "Sumqayıt"a gətirib, bu, normaldı. Menecerlərin işi pul qazanmaqdı. Çox istəyərdim ki,​ "Sumqayıt"da​ yerli mütəxəssis işləsin. Çünki yaxşı mütəxəsislərimiz var və hazırda kənarda qalıb təklif gözləyirlər. Digər tərəfdən,​ klub sayını​ artırıb yerli futbolçuların oynamasını,​ yerli məşqçilərin işləməsini istəyirik. Klublar artmayıb, amma görürük ki, əcnəbi mütəxəssisləri üstün tuturlar, bu da bir mənfi haldı. Yenə də "Sumqayıt" dəftəri bağlanıb,​ bu haqda danışmaq istəmirəm. Düzdü,​ mətbuat önəmlidi bizim üçün, suallarına​ cavab verməliyəm. Bu suallardan sonra​ bir daha bu mövzuya qayıtmayacam. Bu, onların seçimləridi,​ kimsə gəlməli idi, gətirməli idilər. Nəyisə bilirlər ki, gətiriblər, təki elə olsun, səhv addım atmasınlar. Çünki məsuliyyətdi,​ o şəhərin azarkeşləri futbolu çox sevir. Başqa bir söz deməyə​ lüzum yoxdu.

- Baqa ilə bağlı fikirləriniz​ maraqlı oldu. Ancaq özünüzlə bağlı​ da fikiləriniz​ çox maraqlıdı ki, bəli, məşqçi işi belədi ki, əbədi heç nə yoxdu. Növbəti səhifə "oturub gözləyirəm"dimi, yoxsa artıq hansısa bir kitab açılmaq üzrədi?

- Əlbəttə, düz qeyd elədiniz ki, məşqçilik işi belədi, hər dəfə belə hadisələr olur. Xeyirlisi inşallah. Yəqin ki,​ hər kəs hamını tanıyır, hər kəsin​ işi göz qabağındadı. Kimdənsə təklif gələrsə,​ əlbəttə,​ oturub dəyərləndirə bilərik. Bugünkü gündə hələ ki sakitçilikdi, dincəlirik (gülür).​

 

 

CEYHUN ƏLİYEV