"Türkiyədə təlim-məşq toplanışında yoxlama oyunlarında rəqiblər bilinmir. Ancaq yəqin, yaxın günlərdə bilinər. Toplanışla müqavilə bağlayaq, biltelər alınsın". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bildirib.
Komanda çıxış edəcəyi Konfrans Liqasında hazırlıq prosesinin əsas - ikinci mərhələsini Türkiyənin paytaxtı Ankarada keçirəcək. İyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən “Çam Hotel”də məskunlaşacaq sumqayıtlılar bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Abbasov mümkün rəqiblər haqda söz açıb: "Ordan bizə variantlar göndərirlər. Türkiyə Super Liqasından, Rumıniyadan komandalar olmalıdı".
Xatırladaq ki, "Sumqayıt"ın hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun yetirmələri bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. “Kimyaçılar” iyunun 30-da, saat 18:30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
MEHMAN SÜLEYMANOV