Premyer Liqamızda daha bir "abunəçi" qeydə alınıb. Sport24.az xəbər verir ki, bu, "Sumqayıt" olub.
"Gənclik şəhəri"nin təmsilçisi "Qarabağ"a bu çempionatda hər 4 matçda uduzub. Bunadək sabiq baş məşqçisi Ayxan Abbasovla 0:2 və 0:4 yenilən "Sumqayıt" belaruslu çalışdırıcısı Aleksey Baqayla darmadağın olunub - 0:3 və 0:5. Son nəticə III dövrədən təxirə salınan matç idi.
Göründüyü kimi, sumqayıtlılar son çempiona qol da vura bilməyib. Ümumiyyətlə, “Qarabağ” "Sumqayıt"la artıq 9 oyundur xalsız qalmır.
Onu da bildirək ki, bu, "Sumqayıt"ın cari mövsümdə 2-ci "abunəçi"liyidi. Bunadək komandaya belə aqibəti "Zirə" düçar etmişdi. Maraqlıdı ki, Rəşad Sadıqovun komandası da sumqayıtlılardan qol buraxmamışdı - 3 dəfə 1:0, 1 dəfə 3:0.