"Sumqayıt"ın ilk iki dövrədə əvəz olunmayan futbolçuları Mehdi Cənnətov və Murad Xaçayev olub. Sport24.az xəbər verir ki, Mehdi Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.

 

Murad Xaçayev isə bu mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı Azərbaycan Premyer Liqasında ardıcıl 64 oyunda 90 dəqiqə meydanda olub. Bu qarşılaşmaların 10-u 2022/23 mövsümünə, 36-sı isə ötən mövsümə (2023/24) təsadüf edir.