"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev futbolçu karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bununla bağlı vida mərasimi təşkil olunub.
Misli Premyer Liqasının 35-ci turunun "Turan Tovuz"la oyunun startından öncə yarımmüdafiəçiyə xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Azərbaycan millisində 11 oyun keçirən 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Bakı", "Simurq", "Qarabağ" və "Zirə"nin formasını geyinib.