"Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. Xaçayev bu oyunlarda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bu yay Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da "Sumqayıt"dan ayrılıb.