Premyer Liqamızda son dövrə xeyli cəzalı futbolçuyla başlayacaq. Sport24.az xəbər verir ki, bu, ümumilikdə 10 nəfərdi.

Bunun 9-i futbolçu, 1-i məşqçidi. Həmin cəzalı məşqçi "Sabah"ın qapıçılarla işləyən Vitali Kovalyovdu ki, onun 4 matçlıq cəzası məhz bu turda bitir. 

Ən çox cəzalı isə "Sabah"ın bu turdakı rəqibindədi. Belə ki, "Zirə"də 3 futbolçu cəzalıdı. Onlardan yarımmüdafiəçilər Coşqun Dimiyevlə Ağabala Ramazanaov keçən turda qırmızı vərəqə, qapıçı Mehdi Cənnətov isə 4-cü sarı vərəqəni aldığından cəzalı duruma düşüb. 

"Şamaxı" da keçən turda 2 futbolçu qırmızı vərəqə aldığından cəzalıdı. Bunlar əsas kapitan olan müdafiəçi Tərlan Quliyevlə ehtiyat qapıçı Kamal Bayramovdu. "Şamaxı"nın qonağı olacağı "Neftçi"də isə yarımmüdafiəçi Eddi İsrafilov qırmızı vərəqyə görə cəzalı vəziyyətdədi. 

"Sumqayıt" da "Qarabağ" önünə ciddi itkilərlə çıxacaq. Bunlar yarımmüdafiəçilər Murad Xaçayevlə Rəhim Sadıxovdu. 

"Qəbələ"də də əsas heyət üzvü cəzalıdı. Belə ki, braziliyalı müdafiəçi Ruan Renato da 4-cü "sarı"ya görə vərəqə imitni aşıb.