Gozləndiyi kimi Ayxan Abbasov millinin baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, 44 yaşlı mütəxəssis bu gün AFFA-da olub və rəhbərliklə ortaq məxrəcə gəlib.

 

Milli qarşıdakı 4 oyuna məhz onun rəhbərliyi altında meydana çıxacaq. Abbasov tam əsaslı anlaşma imzalayıb. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən müqavilədə müddət göstərilməyib. Ancaq Ayxan bəyin cari seçmə mərhələnin sonuna qədər "sükan arxasında" olacağı dəqiqdir.

 

Qeyd edək ki, millimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Fransa, 13-də isə Ukrayna ilə qarşılaşacaq.