"Bu dəqiqə vəziyyət elədir ki, heç bir təklif haqda düşünmürəm. Hazırda komandama necə kömək edə biləcəyimi düşünürəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Amil Yunanov deyib.
Komandasının bombardiri olan 30 yaşlı hücumçu hazırkı düşüncəsinin yalnız "Səbail"lə keçiriləcək son turun matçı olduğunu bildirib: "Qələbə qazanaq, Premyer Liqada qalaq. Bundan sonra hansısa təklif haqda danışmaq olar. İndi yalnız "Səbail"lə oyun barədə düşünürəm".
Xatırladaq ki, hazırda son pillədə olan "Şamaxı" Premyer Liqada qalmaq üçün sabah sədərdə "Səbail"i yalnız məğlub etməlidi.
KAMAL RZA