UEFA DÇ-2022-nin seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahrudin Məhəmmədəliyev tsikldə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

Belə ki, 27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. Şahrudin hazırda bu nominasiyada 3-cü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 44 "seyv"lə 1-ci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci 2-ci pillədədi.

Fərq qapıçıların keçirdiyi oyun sayındadır. Belə ki, Azərbaycan qrupda 7, San Marino və Lixtenşteyn isə 8 matç keçirib.

Qeyd edək ki, millimiz son matçda Serbiyaya səfərdə 1:3 hesabı ilə uduzub.