Qış fasiləsində rəhbərlikdən iki transfer istəyən Cavid Hüseynov deyəsən, istəyinə çatmaq üzrədi. Sport24.az-ın əldə etdiyi məlumata görə,  bu gün axşam "Səbail"in düşərgəsinə yeni legioner qoşulacaq.

 

"Dənizçilər" serbiyalı mərkəz müdafiəçisini düşərgəsinə dəvət edib. Futbolçu baş mqəşçinin etimadını doğruldacağı halda onunla 6 ay+1 şərti ilə müqavilə bağlanılacaq.

 

Qeyd edək ki, paytaxt təmsilçisi qış fasiləsində artıq bir hücumçu ilə anlaşıb. Mirabdulla Abbasov "Səbail"in sıralarına qoşulub.