"Milli komandamızın qarşısında iki çətin sınaq var. Avstriya və İsveç yaxşı heyətə malik komandalardır". Bu sözləri Sport24.az saytına açıqlamasında Sənan Qurbanov deyib.

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində milli komandanın keçirəcəyi iki oyunla bağlı danışan təcrübəli mütəxəssis bunları bildirib: "Milli son oyunlar bizə xal qazanmağa ümid verir. Həm qələbələr, həm də məzmunlu oyun vardı. Futbolçularımız yaxşı formada olduqlarını göstərdilər. Fikrimcə hər görüşdə məğlub olmamaq uğur olar. Komandamıza inanırıq. Milliyə dəvət alan futbolçuların hamısı yaxşı formadadılar. Əvvəlki oyunlarda qələbə qazanan futbolçulardı və inanıram ki bu motivasiyanı da qoruyacaqlar. Millinin xallar qazanacağına inanıram və uğurlar arzu edirəm".

Qeyd edək ki, milli komanda martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə qarşılaşacaq.