Konfrans Liqasındakı təmsilçimiz "Keşlə" İrandan baxışa çağırdığı Reza Kəriminin məsələsi açıq qalıb. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamaısnda 21 yaşlı yarımmüdafiəçinin artıq çəkisinin olduğunu söyləyib: "Çoxdandı məşq eləmir, istədiyimiz o səviyyəni görmədik onda. Meneceriylə də danışmışıq ki, qala bilirsə, bir müddət qalsın. Çünki məşqsiz, oyunsuzdu. Buna görə sifariş edib Soçiyə gətirmədik. Hələ bilmirik komandamızda qalacaq, ya yox". 

Xatırladaq ki, "Keşlə" turnirdə ilk matçını Rusiyanın "Soçi" klubuyla bu axşam səfərdə keçirəcək.