Misli Premyer Liqasının II turunda keçirilən "Kəpəz" – "Karvan-Yevlax" oyununda Yevlax təmsilçisi cərimələnib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna səbəb klubun heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin formasında yazılan adı olub. Onun adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.
Premyer Liqaya yeni qoşulan komanda bu səbəbdən ilk turda xəbərdarlıqla kifayətlənmişdi. Lakin analoji hal yenidən təkrarlanıb. Nəticədə "Karvan-Yevlax" klubu 1500 manat cərimə olunub.
Qeyd edək ki, "Turan Tovuz" – "Araz-Naxçıvan" matçında isə Naxçıvan təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.