"Turan Tovuz"un sabiq kapitanı Şəhriyar Əliyevin "Kəpəz"ə transferi baş tutmayıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, tərəflər arasında danışıqlar aparılsa da, yekun razılıq əldə olunmayıb.
Beləliklə, 33 yaşlı müdafiəçinin Gəncə təmsilçisinin formasını geyinmək ehtimalı aradan qalxıb.
Hazırda Şəhriyar Əliyev karyerasını xaricdə davam etdirmək variantı üzərində işləyir. Təcrübəli futbolçu Özbəkistan klubları ilə danışıqlarını davam etdirir və yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərar verməsi gözlənilir.
Qeyd edək ki, Şəhriyar Əliyev son üç mövsümdə "Turan Tovuz"un kapitanı olub.