18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 3-cü ənənəvi futbol turniri təşkil olunacaq.

Sport24.az xəbər verir ki, AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə əsasən, Rakus.az saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə keçiriləcək turnirin püşkatma mərasimi baş tutub.

 

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra turnir barədə məlumat verilib, qaydalar elan edilib.

İldə bir dəfə təşkil olunan turnirdə bu dəfə 12 komanda mübarizə aparacaq.