"Təlim-məşq toplanışı plan üzrə davam edir. Rəhbərlik yüksək səviyyədə hazırlıq keçmək üçün komandaya istənilən şəraiti yaradıb. Bu gün çəkdiyimiz zəhmətin qarşılığını çempionatda görəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli bildirib.
Gənc mütəxəssis hazırlıq dönəmində keçirdikləri yoxlama görüşlərindən və transferlərdən də danışıb:
"Transfer çalışmalarını demək olar ki, yekunlaşdırmışıq. Son olaraq, ötən mövsümü "Araz-Naxçıvan"da keçirən Ramin Nəsirli ilə müqavilə bağladıq. Yoxlama görüşlərinə gəlincə, MOİK və dünən "Şamaxı"nın əsas heyəti ilə qarşılaşmışıq. Orda klubuna 1:0 hesabı ilə qalib gəldik. Ayxan Abbasovun çalışdırdığı komanda ilə isə bərabərə qaldıq - 1:1. Qarşıda bizi daha bir yoxlama görüşü gözləyir. Qəbələdə toplanışda olan Küveyt təmsilçisi "Əl Yarmuk"la üz-üzə gələcəyik. Avqustun 28-də toplanışı başa vurub Bakıya qayıdacağıq".