Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası növbəti yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, rəqib Ukrayna Premyer Liqa təmsilçisi "Zarya"sı olub.

Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə qeydə alınıb. Baş hakimin şübhəli penalti qərarı nəticəsində geri düşən "Sabah" 83-cü dəqiqədə gənc yarımmüdafiəçisi Kamran Quliyevin qolu ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə eyni hesablı heç-heçə edib.

Yoxlama oyunu
20 yanvar
18:00. “Sabah” – “Zarya” (Ukrayna) - 1:1 

Qol: Kamran Quliyev, 83