"Sabahın Ulduzları" Baku Kubokunun U-14 yaş qrupunda birinci turun növbəti 3 oyunu keçirilib. Bununla da hər iki yaş dərəcəsində açılış turuna yekun vurulub.
Sport24.az xəbər verir ki, avqustun 4-də baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
U-14 Liqası, I tur
4 avqust
"Sumqayıt" – "Sabah" 0:1
Qol: Nihad Manafov, 43 (pen.)
"Neftçi" – EFA 11:4
Qollar: Adil Şabanov, 14, 16, 20, 62, Bəxtiyar Bayramlı, 18, 49, Nihad Behbudov, 28, Hüseyn Nağızadə, 37, Xəlil Daniyal, 61, 74, İbrahim Niyazov, 77; Hüseyn Dalivanov, 30; Bəybala Məmmədov, 34, 42, Həmzə Novruzlu, 55
"Xan" – "Zirə" 5:1
Qollar: Yusif Niftəliyev, 18, 45, 54, 78, Ayxan Şirinzadə, 44; Fərid Qasımov, 80+3
Yarışda növbəti turun oyunları başlayır. U-15 Liqasında II turun matçları avqustun 5-i və 6-da qədər baş tutacaq:
U-15 Liqası, II tur
5–6 avqust
"Marafon" – EFA
"Dinamo" – "Zirə"
"Neftçi" – "Qəbələ"
"Sumqayıt" – "Sabah"
"Ulduz" – "Şəfa"
"Zəngəzur" – "Qarabağ"