Bu gün Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə "Sabahın Ulduzları" layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə veteran futbolçular, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, milli komandanın baş məşqçisi Ayxan Abbasov və futbol ictimaiyyəti iştirak edib.