“Sabah”da koronavirusa kütləvi yoluxma aşkarlanıb. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Sport24.az-a verdiyi məlumata görə, məşqçilər Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və gürcü futbolçu Mixeil Erqemlidzenin testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.
Korneyev və Qafitullinin testləri ötən həftə, digərləri isə bu həftə müsbət nəticələnib. Erqemlidzedən başqa bütün futbolçuların testi mənfi çıxıb.
Onu da bildirək ki, "Sabah" Premyer Liqamızın növbəti turunda noyabrın 27-də evdə "Keşlə" ilə üz-üzə gələcək.