Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, tədbirdə "Sabah"ın da potensial rəqibləri məlum olub.

 

"Bayquşlar" II təsnifatda "KuPS" (Finlandiya) səddini aşacağı təqdirdə, "Aarhus" (Danimarka) – "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

 

"Sabah" bu mərhələyə yüksəlsə, ilk oyunu səfərdə keçirəcək.