"Sabah" yarımmüdafiəçi Şakir Seyidovla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Seyidov 2018-ci ildən "Sabah"da çıxış edirdi. O, komandabın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.