Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geydiyi "Motor" Polşa çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Dadaşovun komandası Ekstraklasanın 17-ci turunda öz meydanında "Legiya"nı qəbul edib. 

 

Görüş 1:1 hesabı ilə yekunlaşıb. 

 

Dadaşovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

 

Qeyd edək ki, "Motor" 17 turdan sonra 20 xalla 13-cü pillədə qərarlaşıb.