Renat Dadaşov Azərbaycan millisində qol hesabını açıb. Sport24.az xəbər verir ki, 23 yaşlı hücumçumuz UEFA Millətlər Liqasının V turunun Slovakiya ilə səfər oyununda fərqlənib.
Trnavadakı görüşdə hesabı açan Renat əsas yığmadakı 17-ci matçında ilk qolunu vurub.
Dadaşov millimizin 20 illik tarixində qol sevinci yaşayan Dadaşov 65-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 64 futbolçumuz rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Azərbaycan Slovakiyaya səfərdə 2:1 hesabıyla qalib gəlib.