"Turan Tovuz"un qapıçısı Sergey Samokun Misli Premyer Liqasındakı "quru" seriyası qırılıb. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun "Kəpəz"lə səfər matçında (1:1) buraxıb.
Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qapıçı sonuncu dəfə 2024/2025 mövsümünün XXXIV turunda qol buraxıb. O, "Neftçi" ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.
Hacıyevin qoluna qədər Samok 812 "quru" dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.
1. Nizami Sadıqov ("Turan") – 1106 dəqiqə
2. Xalidu Sissoko ("Bakı") – 985
3. Xalidu Sissoko ("Bakı") – 971
4. Camaləddin Əliyev ("Qarabağ") – 958
5. Pavel Doroşev ("Qəbələ") – 952
6. Elxan Həsənov ("Neftçi") – 943
7. Dmitri Bezotosnı ("Qəbələ") - 915
8. Boyan Pavloviç ("Qarabağ") – 828
9. Sergey Samok ("Turan Tovuz") - 812