Qış hazırlıqlarını davam etdirən "Sumqayıt"ın əvəzediciləri növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, I Divizionda çıxıxş edən "kimyaçılar" Region Liqası təmsilçisi "Xan Lənkəran" ilə üz-üzə gəlib.

"Xəzər Lənkəran" Mərkəzi Stadionu"nda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Bu, lənkəranlıların türkiyəli yeni baş məşqçisi İbrahim Uzuncanın debütü olub. Onun rəqibi olan "Sumqayıt-2"nin baş məşqçisi həmyerlisi Hakan Sünaldı. 

Qeyd edək ki, "Sumqayıt-2" ilk yoxlama oyununda "Səbail-2" ilə 2:2 hesablı heç-heçə edib