AFFA-nın layihəsi olan Region Liqasında yeni mövsümün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, tədbir oktyabrın 25-də saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək.

Koronavirus pandemiyasına görə sosial məsafə qaydaları qorunaraq iştirakçı komandaların nümayəndələri püşkə qatıla biləcək. Komanda sayı Naxçıvan Muxtar Respublikasını çıxmaq şərtilə 24-28 arası olacaq. Bu həftə təsdiqlənmə prosesi tam yekunlaşacaq və bir-iki komandayla bağlı sual qalıb. Onu öyrənə bildik ki, Mingəçevirin "Energetik" klubu da iştirakçılar sırasında olacağı dəqiqləşib. Hansı ki iştirakı sual altında idi və müəyyən dəstəyə ehtiyacı vardı.

Növbəti həftənin əvvəlində püşk atlıacaq, onun sonunda isə yeni mövsüm başlayacaq. Bu, noyabrın 1-nə nəzərdə tutulub. Region Liqasında da Premyer Liqada olduğu kimi, matçlar şənbə və bazar günləri keçiriləcək. Bu da ona görədi ki ki, bu turnirin iştirakçıları həvəskar olduqlarına görə başqa işlərdə çalışırlar və istirahət günlərində futbol oynaya bilirlər.