Robert Prosineçkinin yenidən Azərbaycanda işləmək variantının olması haqda xəbərlər çıxıb. Sport24.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayaraq 53 yaşlı mütəxəssisin "Neftçi"ni çalışdıra bilməsini iddia edir.

Belə ki, 6 aydı işsiz olan Prosineçki rumıniyalı həmkarı Laurentsiu Regekampfı əvəz etməyə əsas namizədlərdən olduğu bildirilir.  

Məsələylə bağlı Sport24.az araşdırma aparıb və əldə etdiyi məlumata görə, Regeylə müqaviləin pozulması ümumiyyətlə, müzakirə mövzusu deyil və klub rəhbərliyi baş məşqçiyə güvəir. 

Xatırladaq ki, 2014-17-ci illərdə milli komandamızı çalışdıran Prosineçkinin son iş yeri Sloveniyada "Olimpiya" (Lyublyana) klubu olub.