"Real" yetirməsi Coan Martinezlə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə 17 yaşlı müdafiəçinin özü açıqlayıb.
Onun İspaniya klubu ilə yeni müqaviləsi 2026-cı ilə qədərdir. C. Martinez deyib: "Bu möhtəşəm klubla müqaviləmi yenilədiyim üçün çox xoşbəxt və həyəcanlıyam. Dünyanın ən yaxşı klubudur. İndi əvvəlkindən daha çox istəklə hər şeyə hazıram".
Qeyd edək ki, hazırkı mövsümün əvvəlində Coan Martinezdə çarpaz bağının qopması aşkarlanmışdı.