"Bu gün oynadığımızdan pis gün ola bilməz. "Rapid" pillə-pillə yuxarı çıxmalıdı. Hazırkı dövrdə bizə çox çətindi. Çünki yeni mövsümdə bütün yarışlarda 7 qol buraxmışıq. Amma bu gün ən azı 2 qol vurmalıyıq - duelin taleyinin oyunsonrası penaltilər çatmasını istəmiriksə...Buna görə ilk 5 dəqiqədə pressinq eləməli və bu zaman heç bir səhv etməməliyik". Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer Avstriya mətbuatına açıqlamasında söyləyib.

O, futbolda kubok mübarizəsinin 120 dəqiqəyə də uzana bilməsini göz önünə alqıqlarını vurğulayıb: "Amma istənilən halda, hər şeyi 90 dəqiqədə xeyrimizə həll etməyə çalışacağıq. Azərbaycanlılar 90-5-ci dəqiqədə buraxdılar ki, bu, bizə böyük ümid verir. Bu qolu vurmasaydıq. çox az ümidimiz olacaqdı. Amma əksinə nail olmağımız bizə üstünlük yaradır. Bizə 2-3 dəqiqə çatmadı ki, hesabı da bərabərləşdirək. Həmin qol "Neftçi" üçün həyəcan siqnalıdı". 

Feldhofer əmindi ki, bugünkü cavab görüşündə daha çox enerfi səfr edəcklər: "Və hücum xətitnə çox futboçu cəlb edə bilərik. Keçən bazar axşamından aydın idi kİ, futbolçularımız tam yuxu almayıblar. Eləcə də mən. Böyük səylə üzərimizdə çalışırıq".

Xatırladaq ki, "Neftçi"yə evdə 2:1 hesabıyla məğlub etdiyi "Rapid"i keçməsi üçün istənilən hesablı heç-heçə də yetərlidi.