Ərzurumda təlim-məşq toplanışını davam etdirən"Neftçi" heyətini milli üzvü ilə gücləndirib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ramil Şeydayevlə 3 illik müqavilə imzanıb.
Şeydayev artıq "ağ-qaralar"ın təlim-məşq toplanışına qoşulub və kollektivlə birgə məşqlərə başlayıb.
Qeyd edək ki, Ramilin son klubu Türkiyə I Liqasında çıxış edən "Kocaelispor" olub. Forvard türk klubunun heyətində meydana çıxdığı 16 matçda 1 dəfə adını tabloya yazdırıb.