"CBC Sport"un redaktoru, statistik Rasim Mövsümzadə 2021/22 mövsümündə avrokubok iştirakçılarının öz vəzifəsində uzun müddət işləyən məşqçilərin siyahısını tərtib edib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu göstəricidə bütün məşqçiləri qabaqlayaraq birinci yeri tutur. 49 yaşlı mütəxəssis 2008-ci ildən, artıq 13 ildir Ağdam təmsilçisini çalışdırır.

 

Qurban Qurbanov (“Qarabağ”) - 2008-ci ildən

Diyeqo Simeone (“Atletiko” Madrid) - 2011

Yürgen Klopp (“Liverpul”) - 2015

Can Pyero Qasperini (“Atalanta”) - 2016

Pep Qvardiola (“Mançester Siti”) - 2016

Serxio Konceysau (“Portu”) - 2017

Ante Şimundja (“Mura”) - 2017

Petr Rada (“Yablonets”) - 2017

Fatih Terim (“Qalatasaray”) - 2017

Yindrix Trpişovsi (“Slaviya” Praqa) - 2017

Erik ten Haq (“Ayaks”) - 2017