Gürcüstan millisinin heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, fransalı baş məşqçi Vili Sanyol Monqolustanla yoxlama (25 mart) və AVRO-2024-ün Norveçlə görüşü üçün (28 mart) 25 futbolçuya dəvət göndərib. 

Onlar arasında Misli Premyer Liqasından üç futbolçu - qapıçı Luka Quqeşaşvili (“Qarabağ”), müdafiəçi Solomon Kverkveliya (“Neftçi”) və hücumçu Davit Volkov da (“Sabah”) var.